SOCAR Gürcüstanda satdığı qazın qiymətini aşağı saldı
11:23 04.03.2016
Arxiv
656
Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq.
APA-nın Gürcüstan müxbirini verdiyi xəbər görə, bu, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.
Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və "SOCAR Gas Export-İmport" şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.
Sənədə əsasən Gürcüstanda istehlakçılara təklif olunan sosial qazın qiyməti aşağı salınacaq. Bu, əhaliyə məzənnə dəyişikliyindən çəkdiyi zərərin bir qismini kompensasiya etməyə imkan verəcək.
Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.
****
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstan Respublikasına səfər edib
Socardan Lent.az-a verilən məlumata görə, səfər zamanı SOCAR prezidenti bir sıra mühüm görüşlər keçirib. Əvvəlcə şirkətin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gələn Rövnəq Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR rəhbərinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ofis müasir avadanlıqla təmin olunub, xüsusi dizayn edilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə SOCAR Georgia Petroleumun bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirib, əməkdaşlara yeni uğurlar arzulanıb.
Səfər çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın prespektivlərindən söhbət açılıb. Daha sonra rəsmi sənədlərin imzalanma mərasimi keçirilib. Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmi şəxsləri, Gürcüstan tərəfindən isə Baş Nazirin Muavini və Enerqetika Naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının Baş direktoru David Tvalebeyişvili imzalayıblar. İmzalanma mərasimindən sonra SOCAR prezidenti R. Abdullayev və Gürcüstanın energetika naziri K.Kaladzenin mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara ətraflı cavab veriblər.
SOCAR prezidentinin Gürcüstana səfəri davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou