Son dəqiqə: Qaşıqçının cəsədi Sultanahmetdə bir türk vətandaşına təslim edilib

Səudiyyə Ərəbistanın İstanbuldakı Baş konsulluğunda öldürülən Camal Qaşıqçının cəsədinin aqibəti ilə bağlı son dəqiqə yeni detallar ortaya çıxır.
Qaşıqçının cəsədinin konsulluq binasından çıxarıldıqdan sonra Sultanahmetə aparıldığı və burada yox edilməsi üçün bir türk vətəndaşına təslim edildiyi iddia edilir.
Sherg.az "Habertürk"ə istinadən  xəbər verir ki, Camal Qaşıqçının cəsədi konsulluqda işləyənlərin yardımı ilə binadan çıxarılıb. Cəsəd, Sultanahmet bölgəsində Mardinli bir Türkiyə vətəndaşına təslim edilərək yoxa çıxarılmasına çalışılıb. İndi Mardinli həmin adam polis tərəfindən axtarılır.
Turan