Sosial evlərin inşası yubanır
20:16 23.05.2016
Arxiv
1281
Vüqar Bayramov: “Proses başlansa, növbəti iki ilə ilk sosial evlər istifadəyə verilə bilər”
Tanınmış iqtisadçı Vüqar Bayramov "Şərq”ə sosial evlərin tikilməsi prosesinin ləngimə səbəblərindən danışıb. Ekspert diqqətə çatdırıb ki, ölkə Prezidentinin fərmanı ilə sosial evlərin inşasına dair xüsusi agentlik formalaşdırılıb:
"Amma sosial evlərin tikilməsi zaman və böyük məbləğdə vəsait tələb edir. Əslində bu layihənin gerçəkləşməsinə illər öncə başlanmalı idi. Məsələn, 2010-cu ildə sosial evlərin inşasına başlamaq üçün maliyyə imkanları vardı. Təəssüf ki, bu proses yubandı. Buna rəğmən güman olunur ki, bu ilin sonuna qədər sosial evlərin tikintisi ilə bağlı qaydalar müəyyənləşsə, 2018-ci ilin ortalarında ilk sosial evləri istifadəyə vermək mümkün olacaq. Dərhal vəsait ayrılsa və bundan sonra proses başlansa, növbəti iki ilə ilk sosial evlər istifadəyə verilə bilər. Əlbəttə, ötən illərdə bu prosesi daha sürətlə aparmaq olardı. Təəssüf ki, yubandı. Hər halda layihənin cari ildə də başlaması müsbət haldır. Təbii ki, hökumət prosesi sürətləndirməyə çalışmalıdır. Gərək torpaq sahəsinin və vəsaitin ayrılması sürətlənsin ki, 2018-ci ilin ortalarında ilk sosial evlərin istifadəyə verilməsi mümkünləşsin”.
Mənzillərin verilmə şərtlərindən söz açan ekspertin sözlərinə görə, bu evlər çox güman ki, aztəminatlı ailələrə veriləcək: "Hesablamalar da göstərir ki, gənc ailələr ilkin ödəniş olmadan ayda 150 manat ödəməklə iki otaqlı mənzilə sahib ola biləcəklər. İki otaqlı mənzilin təxminən 40 kvadratmetr ətrafında olacağı gözlənilir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi