“Sosial müavinətlərin yüksəldilməsi bazar münasibətlərində aktivliyi artıracaq”

"İqtisadi aktivlik təkcə müavinətlərin artırılmasından deyil, eyni zamanda psixoloji və sosial durumdan irəli gəlir”.
Bunu "Sherg.az”a müavinətlərin artırılması ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
O qeyd edib ki, Azərbaycan hökümətinin və birbaşa Respublika rəhbərliyinin müavinətləri artırması bütün təbəqələrdə, eyni zamanda iqtisadi fəallıq və canlanmada müsbət hal kimi özünü göstərəcək:
"Müavinətlər sosial dayaq nöqtəsini yüksəltməklə yanaşı, bazar münasibətlərində də aktivliyi gücləndirəcək. Bir daha təkrar edirəm, iqtisadi aktivlik yalnız müavinətlərin artırılmasından irəli gəlmir, burada psixoloji və sosial durumun da mühüm rolu var.
 Yəni bu məsələ bazar münasibətlərindəki elastikliyə müsbət təsir göstərir. Belə olan halda ilk növbədə bazar münasibətlərində aktivlik müşahidə olunacaq. Bu, qısa zamanda özünü göstərəcək”.
Sevda Ulutau