Sosial xərclər azaldılmayıb
07:47 26.10.2017
Arxiv
687
Əmək haqlarının artırılması daha çox təhsil sahəsinə şamil ediləcək
Azərbaycanda minimum əmək haqqı, pensiyaların minimum məbləği və yaşayış minimumu həddi tədricən artırılacaq. Bu məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulub. Verilən məlumata görə, gələn ilin büdcəsində maaşların artması, tələbələrin ödənişlərdən azad edilməsi və birdəfəlik müavinətlərin verilməsi öz əksini tapacaq.
Bununla yanaşı, əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara aylıq ödənişlərin, şəhid və müharibə əlillərinə verilən aylıq müavinətlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin, milli qəhrəmanların ailələrinə birdəfəlik müavinətlərin artırılması planlaşdırılıb.
Büdcə zərfi ilə bağlı "Şərq”ə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, keçən ilin dövlət büdcəsində olduğu kimi bu il də sosial sahəyə daha çox diqqət ayrılıb:
"Dövlət büdcəsinin təxminən 36 faizi sosial müavinətlərə ayrılıb. Bura əmək haqları, pensiyalar və s. ödənişlər daxildir. Büdcə zərfinə əsasən, deyə bilərəm ki, gələn il maaşlarda, təqaüdlərdə və sosial müavinətlərdə müəyyən artımlar olacaq. Amma artımların miqdarının nə qədər olacağı bəlli deyil. Çünki əmək haqları və müavinətlərdə nəzərdə tutulan artım birbaşa cənab Prezident tərəfindən verilən sərəncamlarla müəyyən edilir”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, gələn ilin büdcəsində nəzərdə tutulan sosial xərclər faiz etibarı ilə geriləyib:
"Büdcə xərcləri 16,5 faiz artırılaraq 20,9 milyarda çatdırılıb. Ötən illə müqayisədə 3 milyard manata yaxın artıq xərcləmə nəzərdə tutulub. Xərcləmənin təxminən 1 milyardı sosial istiqamətə hədəflənib. Belə ki, 2017-ci ildə büdcədə sosialyönümlü xərclərin həcmi 6.7 milyard idisə, 2018-ci ildə bu xərclər 7,7 milyard manata qalxıb. Bu artım büdcənin ümumi artım tempi ilə uzlaşmır. Sosial yönümlü xərclərin büdcənin ümumi strukturundakı çəkisi 36,6 faiz olacaq. Halbuki cari ildə bu göstərici 40,2 faiz həcmində proqnozlaşdırılmışdı. Bu istiqamətdə təxminən 3,6 faiz geriləmə var”. İqtisadçı vurğulayıb ki, xərcləmələr daha çox əsas vəsait qoyuluşlarına yönəldilib: "İnvestisiya qoyuluşlarının həcminin artırılması nəzərə tutulur. Əmək haqlarının artımı təxminən 104 milyon manat həcmində proqnozlaşdırılıb. Nəticədə 2018-ci ilin dövlət büdcəsinin 20 faizi əmək haqlarına yönəldiləcək ki, bu da 4,2 milyard manat deməkdir. Əmək haqlarının artım istiqaməti daha çox təhsil istiqaməti üzrə nəzərdə tutulub. 104 milyon manatlıq əmək haqqı artımının 70 milyonu 26 rayonda təhsil işçilərinin diaqnostik qiymətlərinin nəticələri üzrə müəyyən ediləcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya