“Spid” xəstəlik kimi qeydiyyatdan çıxarılır
09:51 13.07.2016
Arxiv
941
Şəmsiyyə Namazova: “Xəstəliyi xüsusi xəstəliklər sırasından çıxarıb, adi xəstəliklər sırasına salmaq ictimai və şəriət qanunlarına ziddir”
20-ci əsrin vəbası hesab edilən QİÇS (Qazanılmış İmmunitetin Çatışmazlığı Sindromu) təhlükəli xəstəliklər siyahısından çıxarılır. Məlumata görə, avstraliyalı elm xadimləri bu ölkədə həmin xəstəliyin təhlükəli həddə olmadığını açıqlayıblar.
ABC telekanalı bildirir ki, son zamanlarda QİÇS-ə yoluxan avstraliyalıların sayı yox deyiləcək qədər azdır. Alimlər hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac yoxdur: "İnsanlar buna müalicəsi olan xəstəlik kimi baxırlar. QİÇS-ə yoluxanlar müalicə alırlar və xəstəlikdən xilas olurlar”. Maraqlıdır, görəsən, Azərbaycan da QİÇS təhlükəsiz xəstəlikər sırasına daxil edilə bilərmi və buna zəmin, şərait varmı?
Suallarımızı cavablandıran həkim-terapevt Şəmsiyyə Namazova qeyd edib ki, bu məsələnin Azərbaycanda reallaşması mümkünsüzdür. Ekspertin sözlərinə görə, hazırda QİÇS Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün ən təhlükəli xəstəliklərdən sayılır: "Çünki bu xəstəlik çox qısa müddət ərzində yayıla bilir. Qan mübadiləsi, orqanların transplantasiyası, eyni əşyadan istifadə, cinsi əlaqə zamanı yaranır. Bu xəstəlik narkomanlarda daha geniş yayılır. Çünki bəzən bir iynədən bir neçə narkoman istifadə edir. Bir narkomanda QİÇS varsa, o biri yoluxur. Bu cür qısa müddətdə yayılan xəstəliyi adi xəstəliklər sırasına daxil etmək olar? ÜST bu xəstəliyin qarşısının alınması üçün vaksinlər hazırlamağa çalışır və buna nail ola bilmir. ÜST-nin mübarizə apardığı bir xəstəliyi necə qeydiyyatdan çıxarmaq olar? Təsəvvür edin ki, bu xəstəlik hamilə qadında varsa, ana bətnindəki uşağa da keçir. Buna qarşı necə mübarizə aparmamaq olar? Məncə, Avstraliya öz vətəndaşına sahib çıxmır deyə, belə addım atıb. Baxın, indi yay mövsümüdür. Bütün ölkələrə turist axını var. Belə bir dövrdə QİÇS-ə qarşı mübarizəni dayandırmaq təhlükəlidir. Hesab edirəm ki, xəstəliyi xüsusi xəstəliklər sırasından çıxarıb, adi xəstəliklər sırasına salmaq ictimai və şəriət qanunlarına ziddir. Azərbaycanda həmin xəstəliyin qeydiyyatdan çıxarılması mümkünsüzdür və heç lazım da deyil”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm