"Standartlara uyğun olmayan nəqliyyat vasitələri ləğv ediləcək"
12:12 05.01.2019
Arxiv
634
Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq. Bununla bağlı məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramında nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.
Bir sıra ekspertlərin fikrincə, standartlara cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması mərhələli şəkildə həyata keçirilməlidir.
"Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq olunmasını müsbət dəyərləndirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov belə bir Proqrama ciddi ehtiyac olduğunu deyib.
Proqramın kifayət qədər geniş olduğunu vurğulayan ekspert deyib ki, sözügedən Proqramda yol hərəkəti təhlükəsizliyinin bütün elementlərini əhatə edən tədbrilər nəzərdə tutulub: "Əsas ana xəttlərdən birini intizamlı və təhlükəsiz hərəkət iştirakçıları təşkil edir. Nəqliyyat parkının sazlığı və təhlükəsizliyi, texniki baxışın tam yeni prinsiplər üzrə qurulması, bu işin dövlət qurumları deyil, özəl sektor tərəfindən həyata keçirməsi məsələsi də orada öz əksini tapıb.
Konkret hədəflər də qoyulub. Özü də hədəflərdən heç biri fantastik deyil. Onların hamısını real icra edə bilərik. Əsas ideya odur ki, yollarımızda müasir dövrə uyğun təhlükəsiz, fasiləsiz və rahat hərəkət olsun, zəruri mobillik təmin olunsun.
Bu Proqram konkret iradə və istəyin rəsmi ifadəsidir. Düşünürəm ki, onun real icra ediləcəyi təqdirdə yaxın gələcəkdə ciddi keyfiyyət dəyişiklikləri də görə biləcəyik...”
Konkret olaraq köhnə avtomobillərin dövriyyədən çıxarılması məsələsinə gəldikdə isə Ə.Hüseynov deyib ki, Proqramda avtomobilin ili əsas kimi götürülməyib: "Dünyanın əksər ölkələrində 40-50 yaşı olan retro avtomobillər var, tam saz vəziyyətdədir. Əsas avtomobilin yaşı deyil, avtomobilə qoyulan texniki tələblərə, standartlara uyğunluqdur. Texniki tələblərə, standartlara uyğun olmayan nəqliyyat vasitələri ləğv ediləcək, bu, dünyanın hər yerində belədir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət