"İzmirin yeni bir sənaye rayonu kimi formalaşması İstanbulun iqtisadi yükünü azaltdı. Azərbaycan "Star” zavodunu Ceyhanda da aça bilərdi, lakin zavodun İzmirdə açılması Azərbaycanın Türkiyə daxilində iqtisadi şaxələnməsini göstərir. Bu lahiyə sözün həqiqi mənasında beynəlxalq iqtisadi əlaqələrin yeni bir istiqamətidir. Azərbaycanın dünyaya Türkiyə üzərindən açılması iqtisadi gəlirlərlə bərabər, həm də mühüm siyasi dividentlər qazandıracaq. Əməkdaşlıq sıxlaşdıqca Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həmsədr Rusiyanın və Qazaxıstanın siyasi dəstəyini almaq mümkün olacaq. Unutmayaq ki, siyasi mövqelər iqtisadi bazanın üzərində qurulur. Bu baxımdan Azərbaycan Prezidenti ən böyük layihələrdən birinə imza atdı. Bu, mühüm töhfədir”.
" "Star" beynəlxalq iqtisadi əlaqələrin yeni bir istiqamətidir" - Siyasi elmlər doktoru
09:45 22.10.2018
Arxiv
631
Cümşüd Nuriyev: "Azərbaycanın dünyaya Türkiyə üzərindən açılması iqtisadi gəlirlərlə bərabər, həm də mühüm siyasi dividentlər qazandıracaq"
"İzmirin yeni bir sənaye rayonu kimi formalaşması İstanbulun iqtisadi yükünü azaltdı. Azərbaycan "Star” zavodunu Ceyhanda da aça bilərdi, lakin zavodun İzmirdə açılması Azərbaycanın Türkiyə daxilində iqtisadi şaxələnməsini göstərir. Bu lahiyə sözün həqiqi mənasında beynəlxalq iqtisadi əlaqələrin yeni bir istiqamətidir. Azərbaycanın dünyaya Türkiyə üzərindən açılması iqtisadi gəlirlərlə bərabər, həm də mühüm siyasi dividentlər qazandıracaq. Əməkdaşlıq sıxlaşdıqca Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həmsədr Rusiyanın və Qazaxıstanın siyasi dəstəyini almaq mümkün olacaq. Unutmayaq ki, siyasi mövqelər iqtisadi bazanın üzərində qurulur. Bu baxımdan Azərbaycan Prezidenti ən böyük layihələrdən birinə imza atdı. Bu, mühüm töhfədir”.
""Star” neft emalı zavodu ən böyük iqtisadi meqa lahiyədir”.
Bunu "Sherg.az”a açıqlamasında ötən gün Türkiyədə açılış mərasimi keçirilən SOCAR-a məxsus "Star” Neft Emalı Zavodunun əhəmiyyətindən danışarkən siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib.
Professor bəyan edib ki, Azərbaycanın dünyaya Türkiyə üzərindən açılması təsadüfi deyil. Türkiyə NATO ölkəsidir və 80 milyon əhalisi var. Ən əsası isə dili və dini bir olan, hər zaman bizi dəstəkləyən qardaş ölkədir:
"Azərbaycan qardaş dövlətə sərmayə qoymaqla yanaşı, eyni zamanda Türkiyənin iqtisadi təhlükəsizliyinin təminatını həyata keçirir. Türkiyənin karbohidrogen ehtiyacının 25 faizini Azərbaycan tam ödəyəcək. Zavodun işə düşməsi ilə ölkə daxilində aviasiya benzini istehsal olunacaq, tullantılardan istifadə ediləcək. Həmçinin, Azərbaycan hər il 500 milyon dollar gəlir götürəcək. Xatırladım ki, "Star” neft emalı zavodunun ərazisi iqtisadi zona elan olundu. Bu o deməkdir, bölgədə Rusiyanın və Qazaxıstanın da nefti istehsal olunacaq. Nəzərə alsaq ki, Rusiya əhalisinin beşdə biri, 22 faizi türk kökənlidir, deməli Türkiyədə yeni "türk iqtisadi bloku” formalaşmaqdadır. Gələcəkdə Türkmənistan da bura qoşula bilər. Türkmənistanın dünya bazarına çıxara biləcəyi nefti var”.
C.Nuriyev bəyan edib ki, zavodun açılışı Türkiyədə urbanizasiya məsələsinə də böyük xidmət göstərəcək:
"İzmirin yeni bir sənaye rayonu kimi formalaşması İstanbulun iqtisadi yükünü azaltdı. Azərbaycan "Star” zavodunu Ceyhanda da aça bilərdi, lakin zavodun İzmirdə açılması Azərbaycanın Türkiyə daxilində iqtisadi şaxələnməsini göstərir. Bu lahiyə sözün həqiqi mənasında beynəlxalq iqtisadi əlaqələrin yeni bir istiqamətidir. Azərbaycanın dünyaya Türkiyə üzərindən açılması iqtisadi gəlirlərlə bərabər, həm də mühüm siyasi dividentlər qazandıracaq. Əməkdaşlıq sıxlaşdıqca Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həmsədr Rusiyanın və Qazaxıstanın siyasi dəstəyini almaq mümkün olacaq. Unutmayaq ki, siyasi mövqelər iqtisadi bazanın üzərində qurulur. Bu baxımdan Azərbaycan Prezidenti ən böyük layihələrdən birinə imza atdı. Bu, mühüm töhfədir”.Ekspertin sözlərinə görə, SOCAR-ın transmilli koorporasiya kimi dünya arenasına çıxması və şaxələnməsi ölkəmizi çox qabağa aparıb: "Belə davam edərsə, SOCAR yaxın 5 ildə dünyanın TOP-100-lüyündə yer alacaq. Halbuki, bundan illər öncə SOCAR sıralamada 500-lüyə düşürdü. İndiki nəticə 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir. Azərbaycan yaxın gələcəkdə iqtisadi cəhətdən qüdrətli dövlətə çevriləcək. Çünki xarici siyasətimiz çox düzgün formalaşıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual