Zavodun hər iki tərəf üçün böyük xeyri olacaq. Türkiyə bu zavodun işə düşməsiylə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan yaxa qurtaracaq. Elə SOCAR-ın nəzarət-səhm paketinə sahib olduğu "Petkim”in əsas xammal tələbi olan nafta da burada istehsal olunacaq ki, adı çəkilən məhsulu Türkiyədən kənardan gətirmək zərurəti xeyli azalacaq.
"Star"ın Azərbaycan və Türkiyə üçün FAYDALARI- Ekspertdən detallı izah
11:43 22.10.2018
Arxiv
790
" "Star"ın açılışı kökü xeyli əvvələ gedən uzun bir prosesin sonunu təşkil edirdi. Belə ki, "Star” zavodunun təməli 7 il bundan qabaq, 2011-ci ildə qoyulub. Zavod İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib. 10 il əvvəl, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə neft-kimya sənayesinin nəhəngi sayılan həmin bu şirkətin, yəni "Petkim”in nəzarət-səhm paketini özəlləşdirilmə yolu ilə alıb. Və, ötən müddət ərzində "Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırıb".
Bunu "Sherg.az"a iqtisadç-ekspert Pərviz Heydərov bildirib. Ekspertin sözlərinə görə, SOCAR dövlət şirkətidir. Xaricdə investisiya yatırımı istər dövlət olsun, istər özəl şirkət tərəfindən olsun, ilk növbədə gəlir əldə etmək və onu genişləndirmək məqsədi daşıyır. Əsas hədəf budur:
" "Star"a qədər nə hansısa özəl, nə də dövlət şirkətimiz ölkədən kənarda 6,3 milyard dollarlıq həcmində iş görüb.
Zavodun hər iki tərəf üçün böyük xeyri olacaq. Türkiyə bu zavodun işə düşməsiylə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan yaxa qurtaracaq. Elə SOCAR-ın nəzarət-səhm paketinə sahib olduğu "Petkim”in əsas xammal tələbi olan nafta da burada istehsal olunacaq ki, adı çəkilən məhsulu Türkiyədən kənardan gətirmək zərurəti xeyli azalacaq.Zavodda 5 milyon ton dizel yanacağı istehsal etmək imkanı olacaq. Nəticədə dizel sarıdan Türkiyəyə idxalın həcmi 40%-ə qədər düşəcək. Həmçinin mayeləşdirilmiş qaz, ildə üstəlik 1,6 milyon ton təyyarə yanacağı da istehsal olunacaq. Və sonuncu Türkiyənin tələbatını tam ödəyəcək. Ümumiyyətlə, "Star” neftin qiymətindən asılı olaraq ildə 6-8 milyard ABŞ dolları həcmində ticarət formalaşdıracaq.
Ölkəmizə gəldikdə isə, birincisi, xaricə ixrac etdiyimiz neftimizin bir hissəsi üçün stabil alış yeri qazanacağıq. "Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq.
Və bu sahədə qardaş ölkənin daxili bazarında söz sahibi olacağıq. Üçüncüsü, SOCAR-ın istənilən halda gəlirləri artacaqdır ki, bu da ölkəmizin dövlət büdcəsinə ödəmələri genişləndirəcək. Ümumiyyətlə, Türkiyə tərəfinin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaətə nail olacağı bilavasitə SOCAR-ın gəlirinin artması ilə müşahidə olunacaq.
Ümumiyyətlə, "Star" uzaqvuran artileriya xarakteri daşıyan bir layihədir və bunu yaxın gələcək daha parlaq göstərəcək. Türkiyə regionda böyük və mühüm bazardır. Azərbaycanın burada söz sahibinə çevrilməsi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Unutmayaq ki, söhbət, enerjidaşıyıcıları bazarından gedir. Sözün qısası, ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin bilavasitə Türkiyədə yaradılması heç də təsadüfi deyil".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət