Stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb
14:40 05.12.2013
Arxiv
1184
Bakıda stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.
Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, bu gün Bakıda stomatoloji kabinetdə ölüm hadisəsi baş verib. "VİP Dental" stomatoloji kabinetində dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, xəstəyə dişində əməliyyat aparılması üçün iynə vurulduqdan sonra anafilaktik şok yaranıb və həmin şəxs çox böyük ehtimalla şokdan ölüb: "Hadisə özəl tibb müəssisəsində baş verib. Pasiyentin ölmə səbəbinin anafilaktik şokdan baş verməsi ehtimal olunsa da, dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya