"Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır"
Məlum olduğu kimi yanvarın 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə idarəetmə strukturlarında mühüm dəyişikliklər edilib. Fərmana əsasən, bir çox qurumlar ləğv edilib və bir sıra yeni qurumların yaradılmasına qərar verilib. Əslində mühüm islahatların anonsu bir neçə gün öncədən verilmişdi. Yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasda çıxış edən dövlət başçısı ciddi struktur islahatlarının olacağını bildirmişdi. Ölkə başçısı Azərbaycanda idarəetməni təkmilləşdirmək üçün islahatlara ehtiyac yarandığını bəyan etmişdi:
"İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”. Onu da vurğulayaq ki, prosesə artıq bir neçə ildir start verilib. Nəticədə ötən illər ərzində bir sıra lazımsız qurumlar ləğv edilib, bir-birini tamamlayan bəzi qurumlar birləşdirilib. Amma Prezidentin fərmanlarından göründüyü kimi, qarşıdakı dövrdə proses davam etdirilərək və ciddi struktur islahatları həyata keçiriləcək. Şübhəsiz ki, dövlət başçısının rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır.
Prezident İlham Əliyevin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional baza mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Prezidentin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi - səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Bildirmək lazımdır ki, struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkiaşfına xidmətə yönəldir. İslahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır.
Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət deməkdir. Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir. İslahatlar çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.
Xüsusilə, "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstəməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək. Vurğulayaq ki, struktur islahatları "yaxşı idarəetmə” və "açıq hökümət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini də təmin edir.
Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə, bu fakt onu gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb. Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə Prezidentdən xüsusi tapşırıqlar alıb.
Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir. Struktur islahatları nəticə etibarı ilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi və yeni iş yerlərinin yaradılması deməkdir. Ümumiyyətlə, vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət biznes mühitinin təkmilləşməsini, infrastruktur və insan kapitalının inkişafını, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərinin güclənməsini və beləliklə, ölkənin dinamik və tarazlı inkişafını təmin edir.
İsmayıl