Su Məcəlləsində dəyişiklik edilib - Yeni QADAĞA
14:57 13.09.2019
Arxiv
521
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Məcəllənin 1. 18-ci maddəsinin 1.1. birinci hissənin onuncu abzasına "qaydalarını" sözündən sonra ", sudan istifadəyə görə güzəşt və azadolmaları" sözləri əlavə edilir;
Həmçinin, "Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir" məzmunda ikinci hissə əlavə edilir:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.
2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından "sudan istifadəyə və" sözləri çıxarılır və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilir:
"bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;".
4. 80-ci maddə üzrə:
4.1. birinci hissəyə "su obyektlərindən" sözlərindən sonra "tələb olunan həcmdə və ödənişsiz" sözləri əlavə edilir;
4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:
"Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.".
5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına "sudan" sözündən, üçüncü abzasına "su obyektlərindən" sözlərindən əvvəl "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilir.
6. 97-ci maddənin birinci hissəsində "Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla" sözləri "Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla," sözləri ilə əvəz edilir.
7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm