Şükür Şenolun tərcüməsində "Tüstü" çıxdı






"Qanun" nəşrlər evi yeni kiatab çap edib. Şükür Şenolun tərcüməsində "Tüstü" əsəri oxucuların ixtiyarına verilib. 
Uilyam Folkner (1897-1962) - XX əsr görkəmli Amerika yazıçısı, Nobel mükafatı laureatıdır (1949). Folkner ilk detektiv əsərini - "Tüstü"nü 1932-ci ildə dərc etdirib. Bunun davamı kimi 1934-cü ildə "Doktor Martino" toplusu nəşr olunub. Qeyvin Stivens personajı ilə bir-birinə bağlanan əsərləri geniş şöhrət qazanan "Atla gediş" (1949) kitabında toplanıb. Folknerin "Tüstü" əsərini Borxes tərtib etdiyi detektiv əsərlər antalogiyasına daxil etmişdir. Onun fikrincə, Folkner detektiv janrının pərəstişkarı idi...