Sumqayıt Musiqi Kollecinin tələbəsi laureat oldu






Bir müddət bundan öncə Sumqayıt Musiqi Kolleci yeni bir uğura imza atıb.

"Sherg.az"xəbər verir ki, kollecin instrumental ifaçılıq – fortepiano ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Ağayev Rəşad Rövşən oğlu Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyasının keçirdiyi "Akademik, xalq və caz musiqisi” Respublika festivalında laureat adına layiq görülüb.

Festivaldakı uğurlu çıxışına görə Ağayev Rəşad Rövşən oğlu və onun müəllimi Əliyeva Təranə Nizami qızı kollec rəhbərliyi tərəfindən təltif edilib.

Məlumat üçün qeyd edək ki, "Əməkdar müəllim” Rasim Quliyevin rəhbərlik etdiyi Sumqayıt Musiqi Kolleci artıq uzun illərdir ki, istər respublika daxilində, istərsə də ölkə xaricində keçirilən müsabiqələrdə əldə etdiyi yüksək nəticələrlə diqqət çəkir. Yüksək ixtisaslı pedaqoji kadrların mövcudluğu, kolec rəhbərliyinin keyfiyyətli təhsil üçün yaratdığı ideal şərait, sağlam tələbə-müəllim münasibətləri və s. Sumqayıt Musiqi Kollecinin uğurlarını şərtləndirən başlıca amillər hesab edilir.