Sumqayıtda yanğın:35 nəfər təxliyə edilib

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində yeddi ədəd sayğac və şaxta boyunca 15 metr kabel yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 35 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.