Supermarketdən 750 qram yağ oğurlayarkən tutuldu - BAKIDA




Bakıda supermarketlərdən birindən oğurluq etmiş şəxs tutulub. 

Lent.az xəbər verir ki, 1980-ci il təvəllüdlü İmanov Elman Arif oğlu Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bazarstore” supermarketində 750 qramlıq kərə yağını oğurlayarkən oranın mühafizəçiləri tərəfindən yaxalanıb. O, polisə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, son bahalaşma dalğasından sonra Azərbaycanda 1 kiloqram kərə yağının qiyməti 17-18 manatadək bahalaşıb.