Süpürgəçi qadın faciəvi şəkildə öldü




Bu gün saat 05 radələrində Masallı rayonunda "QazEl" markalı yük maşınının vurub öldürdüyü qadının şəxsiyyəti müəyyənləşib. Masallı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, yol qəzasında həyatını itirən şəxs Şuşa rayonundan məcburi köçkün, 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı olub. O, süpürgəçi imiş və sübh saatlarında yolda təmizlik işləri apararkən yük maşınının altında qalıb.

Bildirilir ki, hadisə vaxtı yolda qatı duman olub.
*****
11:32
Masallıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Masallı-Yardımlı yolunun 1-ci kilometrliyində "QazEL" markalı yük maşını yolu keçməyə çalışan 40 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Qəza dumanlı hava şəraitində baş verib və sürücü yolu keçən piyadanı gördükdə artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.