Suriya: Netanyahu ilə Putin görüşəcək



 
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. 

"Sherg.az" "Le figaro.fr"ə istinadən bildirir ki, sözügedən xəbəri bu gün B.Netanyahu da təsdiqləyib. O bəyan edib ki, görüşün məqsədi Suriya məsələsi ilə bağlı öhdəliklərin kordinasiyası ətrafında müzakirələr aparmaqdır. Çünki Suriya ərazisində Rusiya hərbi təyyarəsinin vurulması bu ölkədəki vəziyyəti daha da gərginləşdirib.    

Bundan başqa nazirlər şşurasının toplantısında B.Netanyahu Vladimir Putinlə danışdığını və onunla iki ordu arasındakı mühüm təhlükəsizlik koordinasiyasını davam etdirmək üçün görüşə razılaşdığını söyləyib.

Qeyd edək ki, Kreml sözçüsünün məlumatına görə, B.Netanyahu V.Putinə açaraq onu doğum günü münasibətilə  təbrik edib. 

Tərcümə etdi: Ayyət Əhməd