Suriya: Şərqi Qutada bombardman: 300 ölü, 1400 yaralı - Dəhşətli video







Son 4 gündə Dəməşq yaxınlığındakı Şərqi Qutada Bəşər Əsəd tərəfdarları ilə Azad Suriya ordusu arasında gedən döyüşlərdə təxminən 1400 nəfər xəsarət alıb.

"Sherg.az" "lefigaro.fr"ə istindən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatından bildirilib.

Məlumata görə, bir neçə hospital bombardman olunduğu üçün fəaliyyət göstərə bilmir. Bundan başqa məlumatda o da qeyd olunur ki, əksəriyyəti körpə uşaq olmaqla, 300 mülki vətəndaş -
ötən həftənin bazar günü 17, birinci günü 127, ikinci günü 106, bu gün isə ən azı 24 nəfər - həlak olub.

Əsəd ordusun güclü bombardmanı nəticəsində həlak olub. Birləşmiş Millətlər Təşkilatının (BMT) bu qanlı bombardmana son qoyulmasına dair çağırışına məhəl qoyulmur.



Tərcümə etdi: Ayyət Əhməd