SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: bu yollarda tıxac var - SİYAHI





Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar hazırda şəhərin tıxac olan yollarının adlarını açıqlayıb.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, hazırda paytaxtın Yusif Səfərov küçəsi-şəhər istiqamətində, Tbilisi prospekti - şəhər istiqamətində, Ziya Bünyadov prospekti-"Koroğlu" metrostansiyası istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Digər yollarda isə vəziyyət artıq normallaşmağa doğru gedir.