Şuşanın loqosunun hazırlanması üçün müsabiqə elan olunub
09:16 10.09.2021
Arxiv
462
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” loqotip dizaynı müsabiqəsi elan edib.
"Report"a daxil olan məlumata görə, müsabiqədə yaradıcı düşüncəsi və peşəkarlığına güvənən hər kəs iştirak edə bilər.
Müsabiqə iştirakçıları loqotip dizaynı təklifləri üzərində çalışarkən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də xalqımızın qədim tarixə malik nadir və təkrarsız incilərindən biri olmasını nəzərə almalıdılar.
Müsabiqə şərtləri aşağıdakılardır:
- Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər.
- Bir iştirakçı müsabiqəyə bir ədəddən daha çox dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub şəklində göndərilməlidir.
- Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir.
- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s) 100 sözdən artıq olmayaraq verilməlidir.
- Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər.
- Müsabiqəyə təqdim edilən işlər son tarix 30 sentyabr, 2021-ci ilə qədər office@shusha.gov.az ünvanına göndərilməlidir.
- Təqdim edilən loqotip dizaynı ilə bağlı ortaya çıxan əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır.
- Qalib loqotip dizaynının müəllifləri “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” adından fəxri fərmanla və müəyyənləşdirilmiş mükafat fonduna uyğun olaraq
I yer - 3000 AZN,
II yer (laureat) - 2000 AZN,
III yer (laureat) - 1000 AZN pul mükafatı ilə təltif ediləcəklər. Pul mükafatı müəllifin təqdim etdiyi bank hesabına köçürüləcək.
- Loqotip müsabiqəsinə təqdim olunan bütün işlər “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin mülkiyyəti hesab edilərək ictimai şəkildə sərgilənə bilər.
- Müsabiqə üçün təqdim olunan loqotip dizaynlarına “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin yekun dəyişikliklər etmək hüququ vardır.
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” müsabiqə iştirakçılarına uğurlar arzu edir!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət