TBMM təcili toplanıb, hərbi çevriliş cəhdi pislənir - Türkiyədən CANLI YAYIM





Türkiyədə baş verən hərbi çevriliş cəhdi ilə bağlı olaraq Türkiyə Böyük Millət MƏclisi fövqaladə iclasa çağırılıb.
Xatırladaq ki, bu hərbi çevriliş zamanı qiyamçıların əsas hədəflərindən biri də TBMM binası və millət vəkillləri olub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, çıxış edən millət vəkilləri Türkiyənin millətin iradəsi ilə, böyük bir fəlakətin astanasından döndüyünü bildiriblər.
Məclisdə bütün siyasi partiyaların hərbi çevriliş qarşısında dik durduğu və buna qarşı sıx şəkildə birləşdiyi xüsusilə vurğulanır.
Türkiyə ordusunun baş qərargah rəisi Ümit Dündar birbaşa yayımda bildirib ki, hərbi çevriliş cəhdi zamanı qiyamçılardan 104, hökumət qüvvələri və mülki əhalidən isə 94 adam həlak olub.