Təcavüz edib öldürdülər

Ölüsünə də təcavüz etdilər
ABŞ-da yaşayan ailə qızlarının 2012-ci ildə vəhşicəsinə təcavüz edilərək qətlə yetirilməsindən sonra daha bir şok yaşayır.
Seks manyakı Seth Mazzaglia(32) və sevgilisi Kathryn McDonough(22) ilə qrup seks etməyi qəbul etmədiyi üçün təcavüzə məruz qalıb öldürülən Lizzi Marriott ‘un (19) ailəsi itirdikləri qızlarının şəxsi həyatını və keçmişini qorumağa çalışır. "Daily Mail”in xəbərinə görə, təcavüzçü qatil şərtli cəza almaq üçün öldürdüyü gənc qızın cinsi həyatına dair məlumatları yenidən məhkəməyə təqdim edib. Yaşadıqları mənəvi əzabdan sonra yenidən hər şeyin ictimaiyyətin önünə çıxarılmasını istəməyən ailə bu vəziyyəti qəbul etməyəcəklərini söyləyib. 2014-cü ildə şərtli azadlıqdan məhrumetmə cəzası üçün müraciət edən cani Mazzaglianın məhkəmə qərarından şikayət edərək, qurbanın cinsi həyatının araşdırılaraq məhkəmə tərəfindən cəmiyyətə açılmasını tələb edir. Zərər çəkən ailənin vəkili Rus Rilee, qurbanın şəxsi həyatının bu şəkildə cəmiyyətə açıq hala gəlməsinin yaşanan vəhşilikdən sonra təkrar ailəni mənən məhv edəcəyinə diqqət çəkir. Vəkil, ailənin yaşadığı bu faciədən sonra heç olmasa qızlarına hörmət edilməsini və keçmişinin gizli qalmasını vacib olduğunu qeyd edib.