Təcridxanada saxlanacaq: Azərbaycanda şagirdini hamilə qoyan müəllimlə bağlı QƏRAR VERİLDİ






Bir neçə gün əvvəl Şamaxı rayonunun Pirbəhli kəndində 15 yaşlı məktəbli qızın öz müəllimindən hamilə qalması olayı ölkədə böyük əks-səda doğurmuşdu. Lent.az-ın məlumatına görə, hadisənin ictimailəşməsindən sonra ailəli, 2 uşaq atası olan tarix müəllimi Elnur İbrahimov işdən çıxarılıb və daha sonra polis tərəfindən saxlanılıb. Artıq E.İbrahimov barəsində Şamaxı rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri də seçilib və onun istintaq müddəti ərzində təcridxanada saxlanılmasına qərar verilib.
Hazırda Şamaxı rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan müəllim barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

*****
13 may
Şamaxı rayonunun Pirbəhli kəndində məktəbli qızın müəllimindən hamilə qalması ilə bağlı Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş başlandığı məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 9-cu sinif şagirdi olan 15 yaşlı Ülviyyə Quliyevanın (şərti) müəllimindən 7 aylıq hamilə olması üzə çıxdıqdan sonra Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) iş başlanılıb və hazırda araşdırmalar davam etdirilir.
Bu maddə üzrə təqsirləndirilən şəxs üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, 9-cu sinifdə oxuyan qızın müəllimi Elnur İbrahimovdan hamilə olması ilə bağlı hadisə ölkədə geniş əks-səda doğurub.