"Təhlükəsizliyin güclü olması Azərbaycanda mühüm tədbirlərin gerçəkləşməsinə zəmin yaradır"
14:40 13.12.2018
Arxiv
455
"2017-ci ildən başlayaraq, Azərbaycanda ABŞ, NATO və Rusiyanı təmsil edən yüksək vəzifəli şəxslərin dörd dəfə görüşü keçirilib. Bu görüşlərdə dünyadakı qlobal proseslər, mühüm məsələlər müzakirə olunub”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Ekspert bildirib ki, BMT-nin 200-ə yaxın dövlətinin arasından Azərbaycanın seçilməsi və ölkəmizə ciddi əhəmiyyət verilməsi çox önəmli məsələdir:
"Burada bir çox faktorlar nəzərə alınır. Azərbaycanın müstəqil siyasət yeritməsi, ölkəmizdəki təhlükəsizlik amilinin güclü olması, Azərbaycanın dünya birliyi tərəfindən yüksək nüfuzu olan bir dövlət kimi qəbul edilməsi ölkəmizdə mühüm tədbirlərin keçirilməsinə zəmin yaradır. Son dövr ərzində Ermənistanla bağlı baş verən proseslər sübuta yetirir ki, Azərbaycan hətta Ermənistanın üzv olduğu təşkilatlar çərviçəsində belə bu ölkəyə təsir etmək gücündədir.
Ermənistanın KTMT-da baş katib postuna iddiaları ilə bağlı qurumun digər üzvlərinin nümayiş etdirdiyi mövqe bunu sübuta yetirir. Qazaxıstan prezidenti Nazarbayev Belarus təmsilçisi ilə keçirdiyi görüşdə təşkilata sədrlik postuna Belarusun nümayəndəsinə dəstək verəcəyini rəsmi şəkildə bəyan etdi. Şübhəsiz ki, bunlar Azərbaycanın KTMT-ya üzv dövlətlərlə yaxın münasibətlərinin olmasından və Prezident İlham Əliyevin şəxsi nüfuzundan irəli gələn amillərdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlət başçısı bildirib ki, Azərbaycan çox etibarlı tərəfdaşdır və sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Prezident vurğulayıb ki, Ermənistanın üzv olduğu, Azərbaycanın üzv olmadığı təşkilatlarda belə bizim mövqe üstünlük təşkil edir. Bu isə Ermənistanda isterikaya səbəb olur. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Təcrid siyasəti nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya