Təhsil Nazirliyi TQDK-nın qəbul qaydalarında dəyişiklik olunmasına dair təkliflərini qəbul etməyib
09:47 16.05.2016
Arxiv
507
Təhsil Nazirliyi bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi ixtisaslara qəbul qaydalarında dəyişiklərin edilməsi ilə bağlı təkliflərini qəbul etməyib.
TQDK-nın ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya açıqlamasında deyib ki, bu il Azərbaycan və Rus bölməsi üzrə bəzi ixtisaslara birgə müsabiqənin keçirilməsi barədə Təhsil Nazirliyinə təklif edilib. Onun sözlərinə görə, keçən il Hüquq fakültəsinə Rus bölməsinin abituriyentləri 285 balla, Azərbaycan bölməsinin abituriyentləri isə 500-dən yuxarı balla qəbul olub: "Bu da uyğunsuzluq və abituriyentə qarşı haqsızlıqdır. Rus bölməsinin abituriyenti 285 balla Hüquq fakültəsinə qəbul olur, Azərbaycan bölməsinin ondan iki dəfə çox bal toplayan (490 bal) abituriyenti Hüquq fakültəsinə qəbul edilmir”.
Şöbə müdiri qeyd edib ki, bəzən Rus bölməsi üzrə müəyyən ixtisaslara az sayda abituriyent sənəd verir. Məsələn, hansısa ixtisas üzrə 15 yer ayrılırsa, ora 10 abituriyent müsabiqə şərtini ödəyir və nəticədə 5 yer boş qalır: "Azərbaycan bölməsində isə ayrılan yerlərə çox abituriyent qəbul olmaq istəyir, amma qəbul üçün yer olmur. Bu, müəyyən qədər Azərbaycan və Rus bölməsin arasında kiminsə haqqını digərinə vermək olur”.
N.Əliyev qeyd edib ki, bu və ya digər məsələlərlə bağlı Təhsil Nazirliyinə təklif edilmişdi. Təhsil Nazirliyinin TQDK-nın təkliflərini qəbul etmədiyini deyən şöbə müdiri əlavə edib ki, bu il yenə də Azərbaycan və Rus bölməsi üzrə qəbul-müsabiqə ayrılıqda aparılacaq. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan üçün kadrların hazırlanmasıdırsa, bölmələr üzrə fərq olmamalıdır: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da hər hansı ixtisas üzrə qəbul planının ləğv edilməsini yox, bəzi ixtisaslar üzrə plan yerlərinin sayının azaldılmasını təklif edir. Bunlar əsasən, əmək bazarında tələbat az və müsabiqə vəziyyəti aşağı olan ixtisaslardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm