TƏLƏB: Nurçu Hakan Şükür "Qalatasaray"dan uzaqlaşdırılır





"Qalatasaray” klubunun prezidenti Dursun Özbək Fətullah Gülənlə yaxın münasibəti olan əfsanəvi futbolçu Hakan Şükürün klub üzvlüyündən çıxarılması üçün müraciət edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub prezidenti məsələ ilə bağlı klubun nizam-intizam komitəsi qarşısında tələb qaldırıb.
Yaxın günlərdə Hakan Şükürün "Qalatasaray” klubuna üzvlük məsələsinə baxılacaq.