
Tələbələrin qətli ilə bağlı təfərrüat: Qatil türkiyəli qızları öldürüb, iki gün cəsədlərlə birgə qalıb - FOTO
05:52 06.01.2019
Arxiv
538
Ukraynanın Xarkov şəhərində 20 və 22 yaşlarında olan Türkiyə vətəndaşları iki tələbə qızın başları kəsilərək qətlə yetirilməsi ilə bağlı yeni detallar üzə çıxıb. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Buket Yıldız və Zeynəb Hüsünbeyini öldürən şəxsin kimliyi açıqlanıb.
Qatil Yıldızın keçmiş sevgilisi, "Rinkov” kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç. adlı şəxsdir. Sosial şəbəkədə Yıldızla Hüsnünün birlikdə olan zaman çəkilən fotoları paylaşılıb:
O, yanvarın 2-si səhər saatlarında Yıldızın evdə olmamasından istifadə edərək, onların yaşadığı mənzilə daxil olub. Buket Yıldız evə gələn zaman qatil onu öldürüb. Daha sonra şahid saxlamamaq üçün evdə gözləyib və Zeynəb Hüsünbeyini də qətlə yetirib.
Hüsnü Can qətli törətdikdən sonra iki gün cəsədlərin yanında qalıb və yanvarın 3-ü axşam saatlarında Türkiyəyə qayıdıb. Polis şübhəli şəxsin sosial media hesabını araşdıran zaman onun "Criminal Case” video-oyunu ilə maraqlandığını aşkarlayıb.

Xatırladaq ki, qatil əvvəlcə qızları bıçaqlayıb, daha sonra isə başlarını kəsib.
İki qızın qatili Türkiyə polisi tərəfindən saxlanılıb. Hüsnü Can İstanbuldakı Pendik Kurtköy məzarlığında yaxalanıb. Onun üzərindən tapança və bıçaq tapılıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım mərhum Zeynəb Hüsünbeyin İzmirdə yaşayan ailəsini ziyarət edib, onlara başsağlığı verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət