“Teleradio verilişlərinin adında alınma sözlərdən daha çox istifadə edilir”
08:24 05.01.2019
Arxiv
667
"Teleradio dilində səslənən hər bir söz, o cümlədən verilişlərin adı leksik normaya uyğun olmalıdır".
"Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupunun üzvü, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.
Monitorinq qrupunun üzvünün sözlərinə görə, verilişlərin adında alınma sözlərdən daha çox istifadə edilir: "Məsələn, teleyayımlarda- "Space”də "Praym-şok”; "Lider”də "Retro-Lounge”, "Texnopark”, "Avtoqraf”, "Solo”, "Fortuna”, "Təmir menyusu”; "ATV”də "Stand up”; "İTV”də "Antrakt”, "Oberton”, "Xəzər”də "Harmoniya”, "ARB”də "Turist”, "Kriminal”, "Rezonans”; radioyayımlarda - "Anten”də "Meqapolis”; "100.5 FM”də "Poliqon”, "Multivitamin”; "106 FM”də "İnvestor”; "ASAN”da "Obla Air” və s. Verilişlərinə yad adlar qoyan telekanallar siyahısında "Lider”, radiokanallar arasında isə "100.5 FM” liderlik edir. Nəinki verilişlərin, hətta telekanalların adları arasında da xarici sözlər ilə ifadə olunanlar az deyil: "Lider”, "Space”, "Antenn”, "Jazz FM”; "Space 104 FM”, "Media FM”, "Avto FM”. Bu məqamda qeyd edək ki, dövlət başçısı İlham Əliyev 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunmasının və saflığının təmin olunmasının vacibliyini xüsusi qeyd edib, dilimizdə yad kəlmələrin lüzumsuz işlədilməsinin yolverilməz olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region