Təranə “Gündəm”də olacaq





Bir müddətdir işinə ara verən prodüser Təranə Səmədova geri qayıdır.
O, yenidən prodüserlik edəcək. Belə ki, T.Səmədova bundan sonra "Gündəm” qrupu ilə çalışacaq.
Şou-biznesin daim gündəmində olan Təranə Səmədovanın "Gündəm”i də ümid edirik ki, gölgədə qalmayacaq.
Prodüser təklifin qrup üzvlərindən gəldiyini bildirib:
"İstedadlarına, mədəniyyətlərinə əmin olduğum üçün razılaşdım. Bundan sonra ciddi işə başlayırıq. Gözəl mahnılar yazdıracaq, layihələr edəcəyik. Səs-küylü nəsə edəcəyimizə əminəm”.

Tahirə