Terrorçuların basdırdığı bombalar zərərsizləşdirilib
11:33 14.11.2019
Arxiv
428
YPG/PKK terrorçuları qaçarkən Sülh Çeşməsi əməliyyatı ilə terrordan təmizlənən bölgələrə, eyni zamanda mülki vətəndaşların da evlərinin olduğu ərazilərə kustar üsulla hazırlanmış bombalar və minalar basdırıb.
Bu barədə "Sherg.az"a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Xəbərdə qeyd olunur ki, Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, "Sülh Çeşməsi" əməliyyatının keçirildiyi ərazilərdə bu günə qədər 923 ədəd kustar üsulla hazırlanmış bomba və 337 mina zərərsizləşdirilib. Nazirlikdən verilən açıqlamada əsgərlərin Sülh Çeşməsi əməliyyatının keçirildiyi ərazilərdə Suriya xalqının təhlükəsizliyi üçün kustar üsulla hazırlanmış bombaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində işləri davam etdirdiyi və bu işdə onlara minaaxtaran itlərin də yardım etdiyi bildirilib. Terror təşkilatının ev, yol və iş yerlərinə yerləşdirdiyi minalardan vətəndaşlar da böyük zərər görür. Qeyd edək ki, 12 yaşlı İyed Bahtani və 10 yaşındakı bacısı Rines Bahtani yenidən qovuşduqları evlərinin həyətində oynadıqları zaman PKK/YPG terrorçularının basdırdığı minanın partlaması nəticəsində yaralanmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm