Texnobloggerdən vacib ÇAĞIRIŞ
Yusif Nəzərli
09:17 03.10.2021
Arxiv
554
Tanınmış texnoblogger Fərid Pərdəşunas özləri də bilmədən narkotacirlərin oyuncağına çevrilən və kuryerlik edən şəxslərlə bağlı paylaşım edib.
"Sherg.az" həmin paylaşımı təqdim edir:
"Çox diqqətli olmaq lazımdır. Azərbaycanda yeni bir cinayət üsulu peyda olub. Filmlərdəki kimi iş gedir. İnsanlar özləri də bilmədən narkotik vasitələrin kuryerliyini edirlər. Dünən Daxili İşlər Nazirliyinin sözcüsü ilə söhbətimdə də bu təsdiqini tapdı. Üsul necə işləyir, izah edim ki, növbəti qurban siz və yaxınlarınız olmasın.
Bu üsul bizlərə yaxşı tanış olan Black Mirror serialının "shut up and dance" bölmündəki hadisədir. Yəqin ki, son aylarda çoxlu patı satan onlayn səhifələr instagramda qarşınıza çıxmışdı. Hamımız bir ağızdan DIN-i tənqid edirdik ki, niyə satanlara sifariş verib, satanların yerin rahatlıqla tapmırlar? Amma məsələ bu qədər bəsit deyilmiş.
Bu səhifələri işlədənlər sən demə Azərbaycanda deyillər. Kimlikləri məlum deyil. Və onlar rahatlıqla ölkəmizdə narko dövriyyə həyata keçirirlər. Bəs yaxşı bu necə ola bilər axı? Məsələ həqiqətən dəhşətlidir. Bu narko tacirlər müxtəlif sosial profillər vasitəsilə daimi sosial mediada insan ovundadırlar. Məsələn, hansısa madii ehtiyacı olan insanları tapırlar və başlayırlar onlara emosional bağ qurmağa. Tanış olmağa. Daha sonra həmin şəxslərə maddi ehtiyacların ödəmək üçün daimi pul göndərib, yaxşılıq edirlər. Məsələn, bir nəfər peyda olur, sizə hər ay 100 AZN, 500 AZN yardım edir ki, mən iş adamıyam, sizə yaxşılıq edirəm. Belə-belə insanlarla yaxınlıq qurulur. Bəzi oğlan adlarından gənc qızlarla virtual sevgili olurlar, onlara iPhone və s qiymətli hədiyyələr alırlar. Və bu yaxşılıq onların etimadını qazanana qədər davam edir. Və hər şey də elə bundan sonra başlayır.
Narkotacir münasibətin gedişində sizdən xahiş edir ki, bəs bu adressdə paket var, mən Azərbaycanda deyiləm, mümkünsə bunu get bu rayondan götür, taxi də demişəm və apar bunu qoy Bakıda bu ünvana. Siz isə bu virtual adamın xəcalətindən çıxmaq üçün dediyini edirsiniz və paketi götürüb lazım olan yerə çatdırırsınız. Siz paketi çatdırandan sora bu zaman başqa belə bir qurban narkotacirin istəyi ilə həmin paket olan yerə gəlir. Ondan da istənilən sadəcə həmin yerdə şəkil çəkdirmək olur. Beləcə bu insanlardan biri özü də bilmədən narkotik vasitəni lazım olan yerə çatdırır. İkincisi isə kordinatı sifarişçiyə vermək üçün gəlib orada şəkil çəkdirir. Və sonda narkotik vasitəni onlayn satan adam sifarişçiyə məhsulu yerli kuryerlərdən istifadə edərək çatdırır. Polis isə sadəcə həmin narko kuryerə gedib çata bilir və sonra məlum olur ki, bu adam heç içində nə daşıdığını bilmirmiş.
Bəli, eynilə Black Mirror. Və bu artıq Azərbaycandadır. Zərəçəkənlər var. iPhone alıb bu işə bilmədən qoşulan var. Digər tərəfdən intim videoları çəkilən şəxslər də şantaj olunub, bu işə cəlb edilə bilir. Yəni siz evinizdə oturmuşdunuz, birdən zəng gəlir, intim görüntülər, hərəkətlər. Birdən videonuz çəkilir və şantaj! Nəhayətində siz artıq narko kuryer olursunuz. Çox dəhşətli faktlar var. DIN bu istiqamətdə çox ciddi işlər görür. Vəziyyətə nəzarət edirlər. Daxildə də bunları edənlər, artıq saxlanınıb. Diqqətli olmaq lazımdır. Tanımadığınız adamlardan ödəniş, hədiyyə qəbul etmək, virtual ünsiyyətdə olmaq çox təhlükəlidir. Yaxınlarınızı bu barədə xəbərdar edin. Xüsusən maddi ehtiyacı həssas olan qrupları".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə