Təyyarədə həyəcan: Qadın dünyaya uşaq gətirdi

Türk Hava Yollarına (THY) məxsus Kinşasa-Librevil-İstanbul marşurutu ilə hərəkət edən təyyarədə Konqo Respublikasının vətəndaşı olan bir sərnişin həkim həyat yoldaşı və ekipaj üzvlərinin köməyiylə təyyarədə doğub.
Vəziyyəti yaxşı olan ana ilə "Benel" adı verilən oğlan uşağı daha sonra hava limanında gözləyən təcili yardımla Yeşilköydəki xəstəxanaya aparılıb.
Konqo Respublikasının paytaxtı Kinşasadan hərəkət edən təyyarədə olan Musuamba Mıchoukayembenin (21) təyyarə qalxdıqdan təxminən 3 saat sonra, Nigeriyanın hava məkanında doğum sancıları başlayır. Bu zaman təyyarənin arxa hissəsindəki tualetə gedən sərnişinə ilk müdaxiləni həkim həyat yoldaşı Kayoka Renemukadi edib. Təyyarəyə minməmişdən əvvəl vəzifəlilərə hamilə olduğunu bildirən sərnişin, həkim həyat yoldaşı və ekipaj üzvlərinin köməyiylə doğuşunu reallaşdırıb.