Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib
19:22 27.03.2017
Arxiv
450
Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan baş prokurorluğu məlumat yayıb. Türkiyədə üç Gürcüstan vətəndaşını öldürən Marneuli sakini Azadə Ömərova və digər iki şübhəli şəxs –Vüqar Quliyev və Elnur Antesov məhkəmə qarşısında cinayət törətməkdə təqsirli biliniblər. Prokurorluqdan bildirilib ki, saxlanılanlar 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə bölgəsində Marneuli sakini olan Ema Şərifovanı, onun bacısı Elnaz Şərifova və nəvəsi Sahib Həsənovun boğazını kəsərək amansızcasına qətlə yetiriblər. Bundan əvvəl cinayətkarlar birlikdə Düzcəyə gələrək orada yaşayan Şərifovlar ailəsinin etibarını qazanaraq evlərində qalıblar.
Gürcüstan baş prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Azadə Omarova, Elnur Antesov və Vüqar Quliyevə qarşı Gürcüstan CM-nin 109-cu maddəsinin 2 və 3-cü bəndi ilə (iki və ya daha çox şəxsin, tamah üçün bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) cinayət işi qaldırılıb, hər üç şəxsi 16 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözlədiyi barədə məlumat verilib.
Məlumata görə, Azadə Ömərova cinayət törətdiyini boynuna alıb. Digər təqsirli bilinən şəxslərin məhkəməsi davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi