“Əgər danışıqlar gedirsə, mütləq konkret predmetlərin ətrafında getməlidir”
Torpaqlarımız qeyd-şərtsiz qaytarılmalıdır
20:18 24.05.2016
Arxiv
466
Azərbaycanın mövqeyi aydındır, tələbi də qətidir
“Əgər danışıqlar gedirsə, mütləq konkret predmetlərin ətrafında getməlidir”
“Əgər danışıqlar gedirsə, mütləq konkret predmetlərin ətrafında getməlidir”
"Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir”. Bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Nazirlik rəsmisi bəyan edib ki, Vyana toplantısından sonra Ermənistan rəhbərliyi diplomatik etikaya sığmayan şəkildə görüşün mahiyyətini təhrif edirlər. Halbuki münaqişənin həlli üzrə ciddi və konstruktiv danışıqlara başlamaqla bağlı Azərbaycan tərəfi öz müsbət mövqeyini bildirib.
Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu da qəbul edir ki, indiki "status kvo” dəyişdirilməlidir. Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır: "Zahirən belə təəssürat yaranır ki, Ermənistan xarici işlər naziri ya Vyana görüşünün mahiyyətini başa düşməyib, ya da qəsdən özünü bilməməzliyə vurur. Təsadüfi deyil ki, görüşdən sonra əsasən daxili tələbata yönəlmiş cəfəng açıqlamalar yarışında olan Ermənistan tərəfi sülh prosesinin başlanması məsələsinə bir dəfə belə toxunmayıb. Rəsmi İrəvan hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa çalışır. Maraqlıdır, açıq şəkildə məğlub duruma düşən, zəifləyən, çıxılmaz vəziyyətdə qalan qorxaq düşmənin sülh prosesindən qaçması nəyə hesablanıb? Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistan tərəfi aprel hadisələrində taktiki məğlubiyyətə
uğradı. Amma buna baxmayaraq, hakimiyyət strateji mövqeyini əldən vermək istəmir: "Ermənistan ciddi-cəhdlə çalışır ki, danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü amilini bu və ya digər formada müzakirələrdən çıxartsın. Çünki bu məsələnin danışıqlar predmeti olmasını istəmir. Azərbaycanın isə ilk tələbi birbaşa ərazi bütövlüyü ilə bağlıdır. Ona görə də Ermənistanın kriminal rəhbərliyi müxtəlif manevrlərlə danışıqları uzatmağa səy göstərir və münaqişənin həllindən deyil, havadan-sudan danışmağa üstünlük verir. Təbii ki, Azərbaycan tərəfi düşmənin sarsaq fikirlərinə aldanmır, amma bununla yanaşı, uydurmalarına da göz yummur”. Ekspert bildirib ki, Azərbaycanın mövqeyi aydındır və tələbi də qətidir: "Torpaqlarımız qeyd-şərtsiz qaytarılmalı və son mərhələdə erməni azlığının statusu müəyyən edilməlidir. Status məsələsi referendum yolu ilə olacaq və ya başqa üsulla çözüləcək, bu artıq sonranın işidir. Azərbaycanın konkret mövqeyi budur: - Əgər danışıqlar gedirsə, mütləq konkret predmetlərin ətrafında getməlidir. Bu gün bir məsələdən, sabah tamam başqa şeydən danışmaq yolverilməzdir. Eyni zamanda 3-cü məsələni 1-ci problem kimi müzakirə etmək olmaz. Hər şey sırasına uyğun müzakirə edilməlidir. Bir sözlə, erməni rəhbərliyinin məntiqə sığmayan bütün ziddiyyətli açıqlamaları, bəyanatları, dezinformasiyaları vaxt udmağa hesablanıb. Ermənilər "çərlədici” metodlardan istifadə etməklə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Çünki düşmən ölkə sonunun yaxınlaşdığının fərqindədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya