"Torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcəyik" - Prinsipial mövqe
11:17 26.12.2018
Arxiv
429
Ötənlərdə Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi baş tutub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işitak edib. Cənab Prezident tədbirdə çıxışı zamanı bildirib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır və son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb. Eyni zamanda ölkə başçısı qeyd edib ki, ümid edirik ki, 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər: "Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur”.
Ölkə başçısının fikirlərini yüksək qiymətləndirən millət vəkili Fəzail İbrahimli "Sherg.az”a bildirib ki, cənab Prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi var:
"Abşeron rayonu Azərbaycanın bir hissəsidir. Ölkə başçısının orada söylədiyi yalnız bir rayon üçün deyil. Bu həm Respublika ictimaiyyəti, həm də dünya üçün bir mesajdır. Cənab Prezidentin bu məsələ ilə bağlı beynəlxalq tədbirlərdə çıxışı gözümün qabağında olub. Ölkə başçısı orada maraqlı bir fikir söylədi. Cənab Prezident qeyd etdi ki, burada iştirak edən Avropa dövlətlərinin nümayəndələri bilməsə də, Ermənistandan gələn deputatlar çox yaxşı bilir ki, İrəvan Azərbaycan şəhəri olub. Oranı paytaxt kimi onlara bağışlamışıq.
Yəni Azərbaycanda öz torpaqlaraında ikinci bir erməni dövlətinin qurulmasına rəvac verməyəcəyik. Bu açıqlama Avropa dövlətlərinin nümayəndələri arasında təəccüb doğurub. Əvvəllər İrəvanın Azərbaycan şəhəri arasında olması haqqında kitablarda və başqa vasitələrdə təbliğatlar aparılırdı. Amma bunun ölkə başçısı tərəfindən dünyaya bəyan olunması jurnalist istəyi yaxud da ki, hansısa bir vətəndaş mövqeyi deyil. Bu cənab prezidentin qətiyətli mövqeyidir.
Ümumiyyətlə, ölkə başçısı bütün tədbirlərdə bu mövqedən çıxış edib. Hər dəfə bildirir ki, Azərbaycan torpağından çəkilin!. Biz beynəlxalq hüquqa əsaslanaraq hələ ki dözürük. Bu, ermənilərə bir mesaj idi”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə