Tramp ABŞ dövlət orqanlarına "Kasperski" antivirusundan istifadəni qadağan etdi




ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə büdcəsinə dəyişiklikləri təsdiqləyib.
İKT.lent.az-ın "Reuters"ə istinadən xəbərinə görə, düzəlişlər arasında Rusiyanın "Kasperski Laboratoriyası"nın məhsullarının dövlət strukturlarında istifadəsinin qadağan olunması da var.
Dövlət qurumlarına "Kasperski Laboratoriyası"nın məhsullarından imtina etmək üçün 90 gün vaxt verilib. Qadağa həm mülki, həm də hərbi qurumlara aid ediləcək.
Qeyd edək ki, ABŞ "Kasperski Laboratoriyası"nı öz antivirus proqramları vasitəsilə Rusiyanın xeyrinə casusluq etməkdə suçlayır. Şirkətin rəhbəri Yevgeni Kasperski isə bu ittihamları rədd edir.