Tramp: "Amerika Birinci" "Amerika Tənha" demək deyil

“Mən həmişə Amerikanı öndə qoyacağam. Necə ki, dünyanın başqa ölkələrinin liderləri öz ölkələrini birinci qoyurlar"


ABŞ Prezidenti Isveçrənin Davos şəhərində keçirilən Dünya iqtisadi forumundakə çıxışında Amerikanın maraqlarının onun üçün ən yüksək prioritet olacağını bəyan edib. Eyni zamanda o, forum iştirakçılarını ABŞ-ın dünya iqtisadiyyatının məhvəri kimi qalacağına əmin edib.

"Mən həmişə Amerikanı öndə qoyacağam. Necə ki, dünyanın başqa ölkələrinin liderləri öz ölkələrini birinci qoyurlar. Lakin "Amerika Birinci" "Amerika Tənha" demək deyil,” Tramp öz niqtində bildirib.

ABŞ prezidenti onun "Amerika Birinci” agendasının qlobal sistemi sarsıdacağına dair narahatlıqları aradan aldırmağa səy göstərib. (Amerikanın səsi)
"ABŞ çiçəklənəndə, dünya da çiçəklənir,” o deyib.

Lakin Prezident Tramp dünya liderlərinə xəbərdarlıq edib ki, onun ölkəsi ədalətsiz ticarət sövdələşmələrinə razı olmayacaq.
"Biz azad ticarəti dəstəkləyirik, amma bu ticarət ədalətli olmalıdır və qarşılıqlı maraqlara əsaslanmalıdır, çünki ədalətsiz ticarət hamımıza zərbə vurur.”