Tramp İrana sanksiya anonsu verdi






Yaxın gələcəkdə rəsmi Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
"Tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək”, deyə D.Tramp bildirib.


O həmçinin əlavə edib ki, nüvə proqramı inkişaf etdirdiyi təqdirdə İranı çox ciddi fəsadlar gözləyir.