"... Tramp vəzifəsindən uzaqlaşdırıla bilər" - ŞƏRH
15:48 19.07.2018
Arxiv
856
"Donald Trampın impiçmenti məsələsi yeni gündəmə gəlməyib. O ABŞ prezidenti seçildiyi ilk gündən bu məsələ müzakirə edilir”.
Bu barədə "Sherg.az”a amerikalı ekspertlərin və rəsmilərin prezident Donald Trampın impiçmentini təklif etməsindən danışarkən politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, Trampın rəqibi olan qüvvələr hələ də məğlubiyyətlə barışmaq istəmirlər:
"Əsas aktual məsələ isə Rusiyanın guya Amerikada keçirilən prezident seçkilərində "əli” olması məsələdir. Amerikalı rəsmilər bunu təsdiq edə biləcəklərsə, Donald Tramp vəzifəsindən uzaqlaşdırıla bilər.
D.Tramp qeyri-ənənəvi prezidentdir. O formalaşmış stereotipləri hər zaman sındırır. ABŞ-da prezidentlər hər zaman mətbuatla hesablaşıblar. Amma D. Tramp bu hesablaşmanı həyata keçirmir. O həm siyasətçi, həm də prezident kimi bir qədər qorxusuz şəxsdir. O bəzi digər prezidentlər kimi Vladimir Putinlə görüşündə də təsdiqlədi ki, əlahiddə yanaşması var. Ancaq onu tənqid edən qüvvələr Trampın zəif nöqtələrini tapıb, özünə qarşı istifadə edirlər.
D.Tramp çox qətiyyətli xəttin nümayəndəsi kimi çətinliklərdən qorxmadığını bəyan edir. Nyu-Yorkda keçirilmiş BMT-nin tədbirində məlum olub ki, D. Tramp İran prezidentinə 8 dəfə müraciət edib, danışmaq istədiyini bildirib. İran tərəfi isə bununla razılaşmayıb. Bu tip hadisələr göstərir ki, Trampın özünün siyasi xəttidir. Ona qarşı impiçment tələbi heç də qeyri-adi deyil və qəlizləşən Amerika daxili siyasi mübarizənin təzahürüdür”.
Qeyd edək ki, iki gün öncə Finlandiyanın paytaxtı Helsinkidə Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında baş tutan görüş hələ də dünyanın gündəmini zəbt edir. ABŞ prezidentinin görüşdən sonra mətbuat konfransında səsləndirdiyi fikirlər onun ölkəsi və Avropada birmənalı qarşılanmayıb. Rəsmilər və ekspertlərin əksəriyyəti Trampın rusiyalı həmkarı ilə görüşü zamanı zəif təsir bağışladığını və rəsmi Vaşinqtonun Moskva qarşısında yetərincə sərt mövqe sərgiləmədiyini düşünürlər. Hətta vəziyyət o yerə çatıb ki, ABŞ prezidentin impiçmentə göndərilməsinə dair çağırışlar da səsləndirilməyə başlayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət