Tük ürpərdən etiraflar...

Oğlu anasının öldürdükdən sonra üstündə oturub, yumruqlayıb
Rusiya, milyarder iş adamı İqor Sosinin keçmiş həyat yoldaşı Anastasya Novikova-Sosinin oğulu tərəfindən qorxunc şəkildə öldürüldüyü cinayətin şokunu yaşayır.
"Daily Mail”in xəbərinə görə, 44 yaşlı Sosinin oğulu İqor, anasının içindəki şeytanı qovmaq üçün cinayəti işlətdiyini söylədi. "Anam mənimlə əlaqəyə girmək istədi” iddiasında olan 19 yaşlı İqor Sosinin, Kazan şəhərindəki bir otel otağında törətdiyi qorxunc cinayətdən sonra belə danışıb: "Təxminən yarım saat boyunca boğdum. Öldüyündən əmin olduqdan sonra, üstündə oturub bütün gücümlə üzünü yumruqlamağa başladım. Ən az 20 dəfə vurdum.”
Anasını cib telefonunun şarj alətinin kabeliylə boğan İqor Sosinin, cinayəti narkotikanın təsiri altında törətdiyini bildirildi. 2015-ci ilin dekabrda Kazanda lüks Korston otelində qalanlar həddindən artıq səs-küy səbəbiylə polisi axtarmış, 44 yaşlı Anastasia Novikova-Sosini yatağında boğulmuş halda tapılmışdı. Polis Anastasia Novikova-Sosinin cəsədini tapdığı zaman, anasını öldürməklə günahlandırılan İqor üzərində yalnız alt paltarla otelin koridorlarında gedərkən tutulmuşdu. İngiltərənin paytaxtı Londondakı bir universitetdə oxuyan İqor Sosinin atası İqor Sousun, Rusiyada inşaat sektorunun nüfuzlu adlarından biridir.