Turistləri daşıyan bərədə partlayış - 22 yaralı






Meksikada turistləri daşıyan bərədə partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Playa-del-Karmen şəhərində baş verib.
Xəsarət alanlardan 15-i Meksika, 7-si isə ABŞ vətəndaşlarıdır. Yaralılardan üçü 5, 12 və 14 yaşlı uşaqlardır.

Xəsarət alanlara müvafiq tibbi yardım göstərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.