Türk ordusu şəhid polkovnikin qisasını aldı






Türkiyənin Hakkari vilayətinin Yüksekova mahalında 3 PKK-çı məhv edilib.

Axar.az xəbər verir ki, valilik yaydığı açıqlamada türk ordsunun Şəhid Polkovnik-Leytenant İhsan Əjdər Əməliyyatı çərçivəsində PKK terrorçularına ağır zərbələr endirdiyini yazıb.

Əməliyyatın ilk günündən bu vaxta qədər 19 terrorçunun məhv edildiyini bildirən valilik bu günlə birlikdə ölü sayının 22-yə çatdığını qeyd edib.

Xatırladaq ki, tabor komandiri polkovnik-leytenant İhsan Əjdər 2015-ci ildə PKK-çılarla döyüş zamanı qəhrəmancasına şəhid olub.