Türkiyə, Əfqanıstan və Pakistan arasında zirvə görüşü İstanbulda keçiriləcək
16:48 04.01.2019
Arxiv
631
Türkiyə, Əfqanıstan və Pakistan arasında növbəti zirvə görüşü martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra İstanbulda baş tutacaq.
"Report” "Türkiyegazetesi.com”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın Baş naziri İmran Xan ilə birgə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.
Danışıqlar zamanı iki ölkə arasındakı əlaqələrin bütün sahələrinə dair müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı Türkiyə ilə Pakistanın dostluq münasibətlərinin tarixi köklərə malik qardaş ölkələr olduğunu, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah də Pakistanın yanında olmağa davam edəcəyini vurğulayıb.
Pakistan Ali Məhkəməsinin FETÖ terror təşkilatına qarşı verdiyi qərardan məmnun qaldıqlarını diqqətə çatdıran R.T.Ərdoğan ikitərəfli görüşdə təhsil və hərbi texniki əlaqələrin, habelə regional və beynəlxalq məsələlərin, o cümlədən Suriyadakı hadisələr ətrafında fikir mübadiləsinin aparıldığını qeyd edib. Həmçinin Türkiyə ilə Pakistanın İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində də yaxından əməkdaşlıq etdiklərini bildirib.
Pakistanın hökumət başçısı da bu dəfəki səfərə əlaqələri indiyədək misli görünməmiş səviyyəyə çatdırmaq üçün iqtisadi heyətlə gəldiklərini, sərmayə yatırımlarını daha da artırmağı qarşıya məqsəd qoyduqlarını, bununla yanaşı, xarici əlaqələr və terrorla mübarizə sahəsində mümkün əməkdaşlıq yollarını müzakirə etdiklərini qeyd edib. Pakistan tərəfinin Türkiyədə aparılan təhsil və səhiyyə islahatlarına da böyük maraq göstərdiyi diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol