Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkündür
04:09 27.07.2016
Arxiv
471
Bu, Putinin erməni işğalını aradan qaldırmaq istiqamətindəki səylərinin tərkib hissəsi kimi meydana gələ bilər
Türkiyənin "Hürriyet” qəzeti maraqlı iddia ilə çıxış edib. Qəzet Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığını, bu istiqamətdə danışıqlara başlayacağını bildirib. Qeyd edək ki, bu məsələ Türkiyə telekanallarının birində "nə mutlu erməniyim” videoçarxının nümayişindən sonra növbəti dəfə gündəmə gəlib. Maraqlıdır, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mümkündürmü? Bu, Azərbaycana, onun maraqlarına nə vəd edir?
Qeyd edək ki, Türkiyə Ermənistan sərhədlərinin açılması məsələsinin növbəti dəfə gündəmə gəlməsinə Türkiyə telekanallarının birində "nə mutlu erməniyim” videçarxının nümayişindən sonra gündəmə gəlib.
Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev bu iddianı inandırıcı hesab etdiyini vurğulayıb: "Düşünürəm ki, bu məlumatın əsası var. Bu, birincisi, Türkiyə və Rusiya arasındakı münasibətlərin normallaşması kontekstində baş verən hal ola bilər. İkincisi, Putinin erməni işğalını aradan qaldırmaq istiqamətindəki səylərinin tərkib hissəsi kimi meydana gələ bilər. Bu iki amil qəzetin məlumatının inandırıcı ola biləcəyinə arqument verir. Bütövlükdə, hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli, sülhün yaranması kontekstində baş verə bilər”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da bildirib ki, Türkiyənin indiki hakimiyyətindən hər şey gözləmək olar: "Zənnimcə, "nə mutlu erməniyim” videoçarxı Türkiyə hökumətinin razılığı olmadan telekanallarda getsin. Çünki faktiki olaraq Türkiyədə avtoritarizm mövcuddur. Prezidentin fərmanı ilə fövqəladə vəziyyət elan olunub. Bütün medianın fəaliyyəti nəzarətdədir. Bu çarx Türkiyə telakanallarında dövriyyəyə buraxılırsa, deməli, bu işdə birbaşa Prezident Administrasiyasının razılığı var. Ona görə də belə bir hakimiyyətdən hər şey gözləmək olar. Azərbaycan birmənalı olaraq "nə mutlu erməniyim” və sərhədlərin açılması məsələlərinə öz mövqeyini bildirməlidir ki, Türkiyə hökuməti Azərbaycanı şantaj etməsin”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət