Türkiyə kəşfiyyatının Azərbaycanda saxladığı müəllimə HÖKM OXUNDU - FOTO

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı Azərbaycanda xüsusi əməliyyatı zamanı saxlanılan müəllim Mehmet Geler barədə məhkəmə qərarı açıqlanıb.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə Mehmet G.-nin azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, iyulun 15-də hərbi çevrilişə cəhddən sonra Azərbaycanda fəaliyyəti dayandırılan FETÖ məktəbində müəllim işləyən Mehmet Geler saxta pasportla Belarusa getmək istəyərkən tutulub. O, lazımi hüquqi prosedurlardan sonra Azərbaycana verilib. MİT uğurlu əməliyyatla FETÖ-çü müəllimi ələ keçirib.
Mehmet Gelen MİT tərəfindən Türkiyəyə aparılıb.