Türkiyə rəsmisi: Türkiyə may ayından etibarən İran neftini almağı dayandırıb
19:51 23.05.2019
Arxiv
519
ABŞ-ın yüksək vəzifəli rəsmisi çərşənbə günü deyib ki, ABŞ-ın ötən noybar ayında səkkiz ölkəyə verdiyi istisnanın möhləti may ayında bitəndən bəri Türkiyə İran neftini almağı dayandırıb və Vaşinqtonun İslam Respublikasından xam neft ixracını dayandırmaq tələbinə əməl etməyə davam edəcəyini bildirib.
"Biz hazırda İrandan heç bir neft almırıq”– deyə, adının anonim qalmasını istəyən rəsmi bildirib. "Biz həmin sanksiyalardan azad olunan səkkiz ölkədən biri idik və indi bu sanksiyalara əməl etməyə hazırıq”, o əlavə edib. (Amerikanın səsi)
Reuters bazar ertəsi İranda içi doldurulan heç bir tankerin bu ay Türkiyə limanlarına getmədiyini bildirib. Təhlilçilər Türkiyənin İran neftini İraq, Rusiya və Qazaxıstandan gələn neftlə əvəzlədiyini söyləyib.
Birləşmiş Ştatlar noyabrda 2015-ci ildə Tehran və altı dünya qüdrəti arasında əldə olunan razılıqdan geri çəkiləndən sonra İrana qarşı sanksiyaları bərpa edib. İranın neft satışını sıfıra endirməyi hədəfləyən Vaşinqton bu ay İran neftinin ən böyük idxalçılarına verdiyi imtiyazları ləğv edib.
Tankerdən alınan məlumatlara və senaye mənbələrinə əsasən, İranın xam neft ixracı may ayında gündəlik 500 min barelədək azalıb. Xam neftinin böyük hissəsi Asiyaya yola düşün, lakin onları kimin aldığı məlum deyil.
Türkiyənin ən böyük neft email zavodu Tupras Vaşinqtonu möhləti mayın 1-dən sonrayadək uzatmağa çağırıb. Bu barədə danışıqlardan xəbərdar olan mənbə xəbər verib və əlavə edib ki, son möhlət tarixi uzadılmadığı zaman da, şirkət İrandan bütün idxalları dayandıracağını bildirib.
Lakin Türkiyənin yüksək vəzifəli rəsmisi həmçinin bildirib ki, Ankara ABŞ-ın İranla bağlı sanksiya siyasəti ilə razılaşmır.
"Biz sanksiyalara inanmırıq, amma strateji müttəfiq olaraq ABŞ-ın qərarına hörmət edirik. Biz İranın təcrid olunmasının nəticə verəcəyinə inanmırıq”, o deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat