Türkiyə səfiri İsveç XİN-ə çağrıldı - GƏRGİNLİK




Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç XİN-ə çağrılıb.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, səfirdən iki İsveç vətəndaşının həbsi ilə bağlı açıqlama tələb edilib.

Qeyd edək ki, avqustun əvvəlində 59 yaşlı yazıçı-jurnalist Həmzə Yalçın İspaniyada Türkiyə hökumətinin sorğusuna əsasən saxlanılıb. Türkiyə yazıçını terrorçularla əlaqədə ittiham edir.

İsveç vətəndaşı olan daha bir fəal- Ali Qaravi də terror ittihamı ilə iyulda Türkiyədə həbs edilib.