Türkiyədə hərbçilər çevrilişə cəhd edib





İstanbul, Ankara qarışdı. Türkiyədə hərbçilər çevrilişə cəhd edib.
Baş nazir Binalı İldırım NTV televiziyasında canlı verilişdə danışıb.
İldırım bunları söyləyib:
"Doğrusu bir cəhd etmə ehtimalı üzərində dayanırıq. Hərbçilərin içindəki bəzi kəslərin qanunsuz bir hərəkəti söz mövzusudur. Türkiyə hökuməti iş başındadır. Bu dəliliyi edənlər, bu hərəkətin içində olanlar da ən ağır şəkildə cəzasını ödəyəcəklər. Bunun adına hələ bir zərbə demək doğru olmaz. Bir cəhd etmə söz mövzusudur. Dövlətin silahlarını götürüb vətəndaşların üzərinə gedən onları yerə yıxma cürətinə cəhd edən qrupların kim olduğuna baxacağıq."