Türkiyədə terror törətməyə hazırlaşan 7 terrorçu məhv edildi



Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında, Avaşin-Basyan bölgəsində apardıqları hava əməliyyatı haqqında açıqlama yayıb. 

Sherg.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində terrorçuların məskunlaşdıqları mağaralar darmadağın edilib. 

Nazriliyin açıqlamasında o da bildirilib ki, Türkiyədə terror törətməyə hazırlaşan 7 terrorçu məhv edilib.